Narın orqanizm üçün FAYDALARI

Narın orqanizm üçün FAYDALARI

Qışın ən çox sevilən meyvələrindən biri olan nar sağlam həyat sürmək və xəstəlikləri sağaltmaq üçün həmişə istehlak edilməlidir. Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi 1 stəkan nar suyunda 139 kalori olduğunu bildirib. 100 qram nar 83 kaloridir.

Aztibb.az narın insan orqanizmi üçün faydalarını təqdim edir: - İnsulin əvəzedicisidir. Nar diabetik xəstələr üçün faydalıdır. Gündə 4 dəfə yeməkdən öncə 60 damla nar suyu qəbul edilərsə, qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq; - Hormonların aktivliyini artırır. Narın tumurcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edir; - Mədə-bağırsaq sistemi üçün əvəzsizdir. Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır; - Xərçəngə qarşı güclü vasitədir. Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur; - Öskürək zamanı faydalıdır. Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığını suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür; - Artıq çəkidən azad olmağa kömək edir. Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur; - Göz ağrıları zamanı effektlidir. Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir: - Nar suyu orqanları gücləndirici xarakterə malikdir. İki həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi 36 faiz azaltdığı bəlli olub. Həmçinin qan yaradıcı, təzyiqsalıcı, enerji verici xassəyə də malikdir. Təxminən bir stəkan nar suyu gündəlik C vitamini ehtiyacımızın 25%-ni qarşılayır. Qurani-Kərimdə adı çəkildiyi üçün xalq arasında “Cənnət meyvəsi” də adlandırılan nar hər gün istehlak edildikdə yorğunluğu götürür və bədənə canlılıq verir.