Türkiyə yığmasının müdafiəçisi İtaliya klubuna keçir?

Türkiyə yığmasının müdafiəçisi İtaliya klubuna keçir?

“Lester”in futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Roma” qış transfer pəncərəsində 26 yaşlı türkiyəli müdafiəçini transfer etməyə çalışacaq.

Söyüncü bu mövsüm “Lester”in heyətində 2 oyuna çıxıb. O, zədə səbəbindən əksər matçlarda iştirak edə bilməyib.