Laçın dəhlizi bağlandı? - YENILENIB + FOTO/VİDEO

Laçın dəhlizi bağlandı? - YENILENIB + FOTO/VİDEO

Azərbaycan tərəfi Xankəndiyə gedən yolu bağlamayıb.

Bununla bağlı Milletinsesi.info-a etibarlı mənbələrdən məlumat verilib.

Bildirilib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Xankəndi ilə Şuşa arasındakı ərazidə Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə gediblər. Ancaq bu səfərin həmin yolun bağlanması ilə əlaqəsi yoxdur. Azərbaycan tərəfi yolu bağlamaq istəsəydi, orada mülki geyimli şəxslər yox, hərbçilər olardı.

Mənbə bildirib ki, yolu Azərbaycanın Qarabağ bölgəsində müvaqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bağlayıblar.

15:21

Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında bağlanması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.