Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqladı

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqladı

Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün dövlət tərəfindən ayrılmış 203 min manatın nəyə xərcləndiyinə növbəti dəfə aydınlıq gətirib.

Yenilik.az xəbər verir ki, Xalq yazıçısı bu barədə jurnalist Həmid Həmidova müsahibəsində bildirib.Ç. Abdullayev qeyd edib ki, ayrılan vəsaitin bir hissəsi xaricdən gələn qonaqların ölkəyə gətirilməsinə xərclənib: “Birincisi, qonaqlar gəlir. Onların biletini almaq lazımdır. Biletlər çox bahalaşıb. İkincisi, qonaqlar mehmanxanada qalır. Onun ödənişini etmək lazımdır. Üçüncüsü, zalın icarəpulu var. 4 minə başa gəlmişdi. Dördüncüsü, hər gün qonaqlara yemək vermişik. Təşkil etdiyimiz banketin qonaqları arasında çox tanınmış insanlar, o cümlədən Türkiyə və Rusiyanın keçmiş mədəniyyət nazirləri var idi. Beşincisi, biz kofe-breyk təşkil etmişdik. Yazılar çıxdı ki, kofe-breykin adambaşına qiyməti 10 manatdır. Bu, doğru deyil. Orada müxtəlif şirniyyatlar və s. var idi. Tək kofe-breykə 9 minə yaxın pul xərcləmişdik. 420-430 qonaq var idi. Aparıcı və qonaq həmçinin perspektivli gənc yazarlar, Ukrayna müharibəsi və Azərbaycanla İran arasında müharibə ehtimalı, Ermənistanın baş naziri Paşinyan və digər maraqlı mövzulardan danışıblar.

Ətraflı videoda