Ukraynaya hücumlar dayandırılır? - Rusiyadan ABŞ-a CAVAB GƏLDİ

Ukraynaya hücumlar dayandırılır? - Rusiyadan ABŞ-a CAVAB GƏLDİ

"Əgər Putin həqiqətən də bu müharibəni bitirmək üçün yol tapmağa qərar verərsə, onunla danışmağa hazıram.

Rusiya-Ukrayna müharibəsinə son qoymağın yeganə məntiqli yolu Rusiya qüvvələrinin Ukraynadan çıxmasıdır".

Bu sözləri ABŞ prezidenti Cozef Bayden deyib.

Baydenin bəyanatına Rusiyadan cavab gəlib.

Kremlin açıqlamasında Vladimir Putinin Rusiyanın maraqlarını təmin etmək üçün danışıqlara açıq olduğu, lakin ABŞ-ın ilhaq edilmiş 4 bölgənin Rusiyaya aid olmasını tanımaması səbəbindən danışıqlar üçün ümumi zəmin tapmağın çətinliyi vurğulanıb.

Bəyanatda Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığı qeyd edilib.

ABŞ prezidenti Co Bayden cümə axşamı bildirib ki, Rusiya lideri ilə dərhal əlaqə saxlamaq niyyətində deyil, lakin Putin Ukraynadakı müharibəni dayandırmaqda maraqlı olarsa, Rusiya prezidenti ilə danışmağa hazırdır. Bayden bunu yalnız NATO müttəfiqləri ilə məsləhətləşərək edəcəyini bildirib.

Xatırladaq ki, ötən həftələrdə Kremlin sözçüsü Dmitri Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və qan tökülməsini dayandırmağın şərtlərini açıqlayıb.

Peskov bildirib ki, Ukrayna Rusiyanın şərtlərini yerinə yetirməyi qəbul edərsə, Moskva bütün hücumları dayandıra bilər.

Nigar Cəfərli