"Bu günədək etirazlarda azı 200 nəfər ölüb" - İran DİN

"Bu günədək etirazlarda azı 200 nəfər ölüb" - İran DİN

İranda davam edən etirazlar zamanı azı 200 nəfər ölüb. Dövlət, ictimai və özəl təşkilatlara 200 milyon dollardan çox ziyan dəyib.

AzVision.az “Tasnim”agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Şurasının bəyanat yayıb.

Bildirilib ki, ölənlər arasında təhlükəsizlik qüvvələri, silhalı dəstələr, iğtişaşların iştirakçıları, habelə silahlı əks-inqilabçı və separatçı qrupların üzvləri və terror qurbanları da var.

Qeyd edək ki, sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin düzgün taxılmamış hicaba görə qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir.

Aytən Zəhra