Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Dekabr ayının 4-də qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, əsasən gecə və səhər saatlarında ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.