Avropa İttifaqında "Tviter"ə qadağa qoyula bilər -“Quş Avropa qaydalarına uyğun uçacaq!”

Avropa İttifaqında "Tviter"ə qadağa qoyula bilər -“Quş Avropa qaydalarına uyğun uçacaq!”

“Tviter”in Avropa İttifaqı (Aİ) məkanında istifadəsinə qadağa qoyula bilər.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin komissarı Terri Breton bildirib.

Onun sözlərinə görə, “Tviter” sosial şəbəkə kontentin moderasiyası ilə bağlı Avropa qaydalarına əməl etməsə, bu qadağa tətbiq olunacaq.

Komissar vurğulayıb ki, Aİ amerikalı iş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra “Tviter”də baş verənləri diqqətlə izləyir: “Çox yaxından izləyirik. Sizi əmin edə bilərəm ki, quş Avropa qaydalarına uyğun uçacaq! Aydındır ki, “Tviter” qaydalara əməl etməsə, o zaman cərimə tətbiq edəcəyik. Qaydaların pozulması davam edərsə, Avropada platformanı sıradan çıxara bilərik”.