İpoteka və Kredit Zəmanət Fondu 42 minə yaxın kredit verib

İpoteka və Kredit Zəmanət Fondu 42 minə yaxın kredit verib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 41 min 914 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 387 milyon 441 min 960 manatdır.