Estoniya 200 milyon dollara raket artilleriya sistemi alacaq

Estoniya 200 milyon dollara raket artilleriya sistemi alacaq

Müdafiə rəsmiləri bildiriblər ki, Estoniya Baltikyanı ölkənin ən böyük silah tədarükü layihəsində ABŞ-dan qabaqcıl raket artilleriya sistemi almaqla müdafiə qabiliyyətini artırır.

xəbər verir ki,NATO üzvü Yüksək Mobil Artilleriya Raket Sistemi (HIMARS) üçün döyüş sursatı və raketlər, eləcə də təlimlər də daxil olmaqla 200 milyon dollardan çox dəyərində müqavilə imzalayıb .

“HIMARS çoxsaylı reaktiv yaylım atəşi sistemləri Estoniyanın müdafiə qabiliyyətinin inkişafında yeni mühüm addımdır”, - Estoniya Müdafiə Qüvvələrinin qabiliyyətin inkişafı şöbəsinin rəisi, polkovnik-leytenant Kaarel Mäesalu. “Bu, hətta piyada bölmələrimizlə təmasda olmamışdan əvvəl düşmənə qəti şəkildə təsir göstərməyə imkan verir”.

Mövsüm Şahsuvar