Ronaldo: "Ona dedim ki, "ağzını yum"

Ronaldo: "Ona dedim ki, "ağzını yum"

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının üçüncü tur matçında koreyalı futbolçu ilə mübahisəsi barədə danışıb. Yenilik.az xəbər verir ki, 37 yaşlı hücumçu meydanı tərk edərkən Ço ona tələsməsini söyləyib, Kriştiano isə barmağını dodaqlarına aparıb və ondan susmasını istəyib. Ronaldo sonradan jurnalistlərə açıqlamasında deyib:

"Meydanı tərk etmədən öncə koreyalı futbolçu mənə dərhal çıxmağımı söylədi. Ona dedim ki, "ağzını yum". Mənə bu sözləri demək səlahiyyəti yoxdur, rəy bildirməyinə gərəkməz".O, əlavə edib ki, hakim ondan istəsəydi sürəti artırardı.