Çıxışı zamanı güldülər, əsəbləşdi - Aktyorlar arasında gərginlik - VİDEO

Çıxışı zamanı güldülər, əsəbləşdi - Aktyorlar arasında gərginlik - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gecə "GQ Türkiyə" mükafatlandırma mərasimində "Men of the year 2022" mükafatları sahiblərinə təqdim olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "İlin aktyoru" seçilən aktyor Uraz Kaygılaroğlu çıxışı zamanı keçmiş həyat yoldaşı Melis İşitenin keçirdiyi avtomobil qəzasından sonra yaşadıqları çətin günlərdən danışıb.

Bu zaman səhnədə olan digər aktyor Cem Yılmaz gülməyə başlayıb. Uraz C.Yılmaza "ciddi bir şey danışıram" - deyə, əsəbiləşib. Səhnədə olan aktyor Tansel Öngelin də güldüyü diqqətdən qaçmayıb.

Daha sonra Cem gərginliyi azaldaraq onunla əl sıxıb.

Qeyd edək ki, bundan əvvəl Altın Portağal Film Festivalında aktyor Tamer Karadağlıyla aktrisa Nihal Yalçın arasında gərginlik yaranmışdı.

Milli.Az