Makronun ulu babası milyonların oğrusu imiş - Açıqlama

Makronun ulu babası milyonların oğrusu imiş - Açıqlama

Milli Məclisin deputatı Rüfət Quliyev Yeni Gundem”-in suallarını cavablandırarkən Fransa Prezidenti Emanuel Makronun ulu babasından söz açıb.

“Fransa Prezidenti Makroyan (soyadı) Emma Makroyanın oğludur.Onun ulu babası Makroyan Qrand Mosesiyoviç Türkiyənin Van şəhərində bir neçə türk banklarının rəhbəri olub .XX əsrdə Makroyan Qrand onlarla milyon dollar oğurlayaraq Türkiyədən qaçıb. Ondan sonra nəsl-nəcəbatinin bir hissəsi İrəvanda özlərinə yer tapıblar. Qalan hissəsi Fransaya gəlib, daha yaxşı yaşamaq üçün özlərinə Makron soyadını götürüblər.”

Millət vəkili Rüfət Quliyev Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamələrindən danışaraq, beynəlxalq müstəvidə işimizi artırmalı olduğumuzu vurğuladı.

“Biz düşmənin riyakar siyasətini kifayət qədər parlamentdə müzakirə etdik. Bəzi radikal təkliflər var idi ki, biz müəyyən formada Fransa ilə münasibətlərimizi dayandıraq. Ancaq mən düşünürəm ki, siyasi müstəvidə, beynəlxalq müstəvidə işimizi işimizi artırmalıyıq. Parlamentdə dostluq qrupu öz işini daha da artırmalıdır. Bu çalışacağıq ki, başqa ölkələrin parlamentində aydın formada bunu göstərək. Qəbul edilən sənədlərin heç bir təsiri olmasada, biz öz işimizi artırmalıyıq. Ermənilər gecə-gündüz fəallıq göstərirlər. Onlar boş və mənasız ideyalarla hələdə yaşayırlar.”-deyə deputat vurğulayıb.

Fərahim Rəhimov