Rusiyada “Instagram”ın analoqu - İŞƏ DÜŞÜB

Rusiyada “Instagram”ın analoqu - İŞƏ DÜŞÜB

Rusiyada rəsmi olaraq “Instagram”ın analoqu – “Looky” sosial şəbəkəsi təqdim edilib. Məlumata görə, təqdimat “YouTube”da keçirilib. Onun əsas üstünlükləri arasında profili bir kliklə “Instagram”dan avtomatik olaraq “Looky”ə köçürmək imkanının olmasıdır.

FED.az Banker.az-a istinadən xəbər verir ki, sosial şəbəkə “Instagram”ın bütün əsas funksiyalarına malikdir: yazıların, bəyənmələrin və tövsiyələrin dərci, hekayələr, filtrlər, quraşdırılmış messencer və digərləri.