Uşaq sahibi ola bilməyən qadın hamilə qadının qarnını kəsdi

Uşaq sahibi ola bilməyən qadın hamilə qadının qarnını kəsdi

Meksikada iki nəfər hamilə qadının qarnını kəsərək bətnindəki körpəsini oğurlayıb.

xəbər verir ki, ölkənin şərqində yerləşən Verakruz əyalətinin baş prokuroru verdiyi açıqlamada şübhəlilərin oğurlanmış körpə ilə birlikdə tutulduğunu açıqlayıb.

Bildirilib ki, qadın və kişidən ibarət şübhəlilər adam oğurluğu və qadın öldürmə ittihamları ilə məhkəmə qarşısına çıxıb.

İstintaqla məşğul olan məmur qadın şübhəlinin uşaq sahibi ola bilmədiyi üçün belə bir qətlin törədildiyini iddia edib. İki təcavüzkarın hamilə qadının qarnını kəsərək içindəki dölü çıxardıqları bildirilib.

Mərhumun yaxınları sosial şəbəkədə qadının körpəsinə paltar vədi ilə aldadıldığını bildiriblər.

Rəsmi məlumatlar göstərir ki, 2021-ci ildə Meksikada 3700 qadın öldürülüb.

Şəbnəm Lətifi