Ukrayna daha 60 hərbçisini geri qaytarıb

Ukrayna daha 60 hərbçisini geri qaytarıb

Ukrayna Rusiayada əsir olan daha 60 hərbçisini geri qaytarıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Prezident Aparatının sədri Andrey Yermakın Telegramda verib.

Hərbçilər arasında 15 zabit, 45 sıravi və çavuş var.

"Daha bir uğurlu əsir mübadiləsi. Simvolik olaraq Ukrayna Silahlı Qüvvələri Günündə Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 60 əsgəri - 58 kişi və iki qadın, 15 zabit və 45 sıravi əsgər və çavuş evinə qayıdır. Bu bayram günü ən gözəl xəbərdir, çünki qəhrəmanlar sağ olmalıdırlar”, - deyə o yazıb.