Rus gəmiləri Türkiyə sularında dayandı - Səbəbi...

Rus gəmiləri Türkiyə sularında dayandı - Səbəbi...

Qərbin Rusiya neftinə tətbiq etdiyi tavan qiymət limitindən sonra onlarla tanker Türkiyə ərazi sularında dayanmalı olub.

Teleqraf.com “Financial Times” qəzetinə istinadən bildirir ki, Qərb ölkələrinin Rusiya neftinə tətbiq etdiyi tavan qiymət məhdudiyyətlərindən sonra Qara dənizdən gələn Rusiya neft tankerlərinin Boğazlarda qalaqlandığını elan etdikdən sonra gərginlik yaşanıb.

Nəşr Ankaranın bütün gəmilərdən yeni sığorta zəmanəti istədiyini, “Röyter isə bölgədəki aktivliyin Türkiyənin ərazi sularında kursa təsir etdiyini yazıb.

Xəbərdə Rusiyanın Qara dəniz sahilindəki limanlardan Aralıq dənizinə getmək istəyən ən az 20 neft tankerinin Türkiyə ərazi sularında gözləməli olduğunu və sıraya durduğu qeyd olunur.

Boğazlardakı gecikmələrə görə Qazaxıstana məxsus ən azı 10 neft tankerinin gözlədiyi də bildirilib.

Qeyd edilir ki, operatorlar sığorta almaq üçün demək olar ki, rəqabət aparırlar.

Xatırladaq ki, Qərb hökumətləri Ukraynanın işğalı səbəbindən Moskvanın neft gəlirlərini məhdudlaşdırmaq üçün cümə günü Rusiya neftinin ixracına 60 dollar həddi tətbiq edib. Rusiya isə tavan qiymət qərarına qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb olacağını bildirir və bu qərara qarşı çıxır.