Sofiyada etirazçılar rus səfirinin yolunu bağladılar

Sofiyada etirazçılar rus səfirinin yolunu bağladılar

Bolqarıstanda etirazçılar Rusiyanın bu ölkədəki səfiri Eleonora Mitrofanova və Rusiyanın yüksək rütbəli ruhanisi Antoninin olduğu kilsəyə gedən yolu bağlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə “Novinite” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Departamentinin rəhbərinin səfərinə etiraz edən etirazçılar Sofiyanın mərkəzindəki rus kilsəsini mühasirəyə alıblar.

Bildirilir ki, aksiya iştirakçıları Rusiya əleyhinə çağırışlar ediblər.

Gülayə Mecid