Alla Puqaçova ailəsinə olan təqiblərə münasibət bildirib

Alla Puqaçova ailəsinə olan təqiblərə münasibət bildirib

İsraildə yaşayan rusiyalı müğənni Alla Puqaçova İnstaqramda əri, rusiyalı şoumen Maksim Qalkinin Rusiyanın hücumuna qarşı açıq çıxışından sonra Rusiya Federasiyasında ona və ailəsinə qarşı təşkil edilən təqiblərə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, Puqaçova belə yazıb:

"Bir çoxları məndən ailəmizin sifarişli təqiblərinə necə dözdüyümü soruşur. Necə? Və belədir".

"Bu mənim pəncərəmdən olan mənzərədir. Vəd edilmiş torpaq üzərində dekabr səması. Mən səmaya baxıb deyirəm: "Ya Rəbb! Bu yazıq pozğun məxluqları, münafiqləri və yalançıları bağışla, çünki onlar nə etdiklərini bilmirlər.

XəzərNews.az