Bir həftədə Konya şəhərindən Mərkəzi Afrikaya uçuş edən qartalın bacarığı hər kəsi təəccübləndirir

Bir həftədə Konya şəhərindən Mərkəzi Afrikaya uçuş edən qartalın bacarığı hər kəsi təəccübləndirir

Türkiyənin Konya şəhərində peyk yayımçısı ilə təqib edilən “Yörük” adlı bozqır qartalı 1 həftədə uçuş edərək Orta Afrika ölkəsi Çada çatıb.

“Yeni Şəfəq”ə istinadən xəbər verir ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı Nazirliyi Təbiəti Qoruma və Milli Parklar Baş İdarəsi Yabanı Həyat Dairə Başqanlığının rəsmisi Dr. Burak Tatar ölkəsinin 2020-ci ildən davam etdirilən yabanı həyatın öyrənilməsi ilə bağlı dövlət proqramının olduğunu söyləyib.

Bununla bağlı Tədbirlər Planının hazırlandığını söyləyən nazirlik rəsmisi bunun nazirliyin nəzdində olan qurum tərəfindən idarə edildiyini bildirib.

Layihə çərçivəsində nsəli təhlükə altında olan növlərlə bağlı çalışmalar başlatdıqlarını söyləyən Tatar bunları deyib:

“Təpəli, pəlikan, şah qartalı, ilan qartalı, bozqır qartalı, durna, leylək və qızıl şahin kimi növlərə yayım ötürücü cihazı taxırıq. Son 6-7 ildir bu növləri yayımçılarla izləyib həyat yerlərini ortaya çıxarırıq”.

Nazirlik rəsmisi “Yayımçı cihaz taxdıq, üç il boyunca izlədik. Yeni yumurtadan çıxmış quş balasını yuvasından aldıq. İzləməyimiz boyunca məlum oldu ki, hər qış 3 il boyunca Çada gedib-gəlib. Eyni yerə gedib”, deyə vurulayıb.

Dövlət rəsmisi Tatar Konyadan havaya qalxan quşun 2 min metr yüksəkdildəki uçuş sürətinin 60 km/saat olduğunu söyləyib.

Tərcümə: Arzu Sayadoğlu