Türkiyə parlamentində dava, deputat xəstəxanalıq oldu — Video

Türkiyə parlamentində dava, deputat xəstəxanalıq oldu — Video

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı millət vəkilləri arasında dava düşüb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müzakirələr zamanı ilk olaraq deputatlar CHP partiyasından Özgür Özellə ölkənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) Bülent Turan arasında mübahisə yaranıb.

Bunun ardınca isə digər deputatlar – İYİ partiyasından Ümit Beyazla Bülent Turan arasında mübahisə düşüb. Hər iki partiyadan digər deputatların da mübahisəyə qatılmasından sonra parlamentdə gərginlik daha da artıb. Belə ki, millət vəkilləri bir-birilərinə yumruqla zərbələr endirib. Hadisə nəticəsində deputatların bəziləri yerə yıxılıb.

AKP-li deputat Zafer Işıkla İYİ partiyasından deputat Hüseyin Örs arasında yaşanan yumruqlaşmadan sonra Hüseyin Örsün halı pisləşib. Sözügedən deputat xəstəxanaya çatdırılıb və tədbir məqsədilə reanimasiyaya yerləşdirilib. Deputatda ürək ritminin pozulması qeydə alınıb.

Fotoda Hüseyn Örs