Çində COVID-19 tədbirləri yumşaldılır

Çində COVID-19 tədbirləri yumşaldılır

7NEWS.az xəbər verir ki, Çin Covid-19 hallarını artırdıqdan sonra tədbirləri yumşaltmağa başlayır. Paytaxt Pekində epidemiya əleyhinə tədbirlərə dair son qaydalar çərçivəsində saytların, biznes mərkəzlərinin, ofislərin və ticarət mərkəzlərinin girişlərində mənfi Covid-19 test nəticəsi təqdim etmək öhdəliyi aradan qaldırılıb. Pekində bəzi ticarət mərkəzlərindəki restoranların yenidən içəridə müştərilərə xidmət göstərməyə başlayacağı bildirilib. Bundan əlavə, Pekin Paytaxt Beynəlxalq Hava Limanının terminallarına girişlərdə test nəticələrinin göstərilməsi öhdəliyinin qaldırıldığı, lakin qızdırmanın ölçülməsi və sağlamlıq kodu tələbinin qaldığı bildirilib.