Ermənistan sülh sazişi ilə bağlı təklif aldığını təsdiqlədi 

Ermənistan sülh sazişi ilə bağlı təklif aldığını təsdiqlədi 

Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı təkliflərini alıb ki, bu da əslində İrəvanın əvvəlki təkliflərinə reaksiyadır.

AFN.az-ın məlumatına görə, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, “Mülki müqavilə” fraksiyasının üzvü Eduard Ağacanyan Azərbaycan xarici işlər nazirinin müvafiq bəyanatını şərh edərkən deyib.
“Əslində, Azərbaycan tərəfinin təqdim etdiyi sənəd bizim təkliflərimizə reaksiya idi" - deyən deputat əlavə edib ki, onu sənəd adlandırmaq düzgün olmaz.
Ağacanyanın sözlərinə görə, bunlar dərc olunmayan təfərrüatlar və müzakirələrdir. Ölkələrimizin dövlət başçılarının və ya xarici işlər nazirlərinin ilin sonuna qədər görüşəcəyinə gəlincə, bu, istisna deyil”- deyə komissiya sədri bildirib.
Bakının təkliflərinin məzmunundan danışan Ağacanyan qeyd edib: “Bunlar mümkün sənədin hazırlanması üçün praktiki addımlardır. Əvvəlcə, Azərbaycan tərəfdən təkliflər aldıq, daha sonra əks təklif və əlavələrimiz oldu... Söhbət əvvəlcə bir əsası olan mətndən gedir. Mətn hazırlanmaqda olduğundan, hələlik onun məqbul olub-olmadığını qiymtləndirməyə ehtiyac görmürük. Bu cür qiymətlər vermək hələ tezdir, çünki dediyim kimi, iş prosesi gedir”.
Qeyd edək ki, bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundunun mümkünlüyünü açıqlayıb. Nazir Azərbaycanın Ermənistana sülh sazişinin hazırlanması üzrə təkliflər təqdim etdiyini deyib.

M.Vahidli