DSX Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib

DSX Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.