General Elçin Quliyev yanğın yerinə gəldi

General Elçin Quliyev yanğın yerinə gəldi

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nın hazırda yanmaqda olan Akademiya binasının yerləşdiyi əraziyə gəlib.

Yenisabah.az xəbər verir ki, yanğın saat 16:40 radələrində başlayıb.

DSX rəisini xidmətin rəhbər heyəti müşayiət edir.

Hazırda yanğın lokallaşdırılıb. Akademiyanın şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.