Xırdalan-Bakı yolunun “tıxac dərdi” – Ekspert unikal çıxş yolu göstərdi

Xırdalan-Bakı yolunun “tıxac dərdi” – Ekspert unikal çıxş yolu göstərdi

“Sol tərəfə Biləcəri istiqamətindən 9-cu mikrorayona, sağ tərəfdə isə Yasamal istiqamətinə ayrıca yol zolaqlarının çəkilməsi problemi bir dəfəlik həll edə bilər”
Dekabrın 6-da xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransı keçirilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev konfrans zamanı bildirib ki, Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər.Onun sözlərinə görə, paytaxtda xüsusi avtobus zolaqları əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:“Eyni zamanda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”.
Yeni zolağın çəkilmə ehtimalına münasibət bildirən nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Sherg.az"a açıqlamasında deyib ki, Xırdalan-Bakı yol infrastrukturunun bir hissəsini yalnız avtobuslara ayırmaq problemimizi həll etməyəcək:"Digər nəqliyyat vasitələri üçün problem daha da artacaq. Problemi həll etmək istəyiriksə, Bakı Beynəxalq Avtovağzal istiqamətindən tez başa gələn və rahat imkanlarla təmin olunan konstruksiyalı layihə hazırlanmalıdır. Sol tərəfə Biləcəri istiqamətindən 9-cu mikrorayona, sağ tərəfdə isə Yasamal istiqamətinə ayrıca yol zolaqlarının çəkilməsi problemi bir dəfəlik həll edə bilər. Lakin indiki halda mövcud zolaqların birini də abtobuslara ayırıb, digər nəqliyyat növlərinin girişini qadağan etsək, onlar üçün yol daralacaq. Tıxacların bir hissəsi də “Abşeron” Gənclər şəhərciyinə qədər dayana bilər".