İsfahan Rusiya ilə turizm əlaqələrini inkişaf etdirmək istəyir

İsfahan Rusiya ilə turizm əlaqələrini inkişaf etdirmək istəyir

Bu arada İranın İsfahan əyalətinin tarixi irs şöbəsinin rəhbəri Əlirza İzadi İranın rusiyalı turistlər arasında populyarlığını artırmaq niyyətində olduğunu bildirib.

Rusların turist kimi əsasən Dubay və Türkiyəyə getdiyini deyən İzadi bunu rusların guya hələ də İranın turizm bazarı ilə çox az tanış olmaları ilə əlaqələndirib.

SİA-nın əldə etdiyi məlumata görə, tarixi irs şöbəsinin müdiri hər iki ölkənin turizm sektorunun nümayəndələrinin iştirakı ilə tanışlıq səfərləri, işgüzar görüşlər və forumlar təşkil etməklə rusların İrana turist marağını artırmağa ümid etdiyini bildirib.

İzadinin sözlərinə görə, İsfahan yaxın gələcəkdə tanışlıq turları çərçivəsində Rusiyanın onlarla turizm agentliyi və turoperatorunu qəbul edəcək.

Yeri gılmişkən xatırladaq ki, bir neçə gün əvvəl işçi qrupunun İsfahan əyalətindən olan nümayəndələri Moskva və Sankt-Peterburqdan olan həmkarları ilə turizm əlaqələrinin inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Ağasəf Babayev