AVRO-2024: Ermənistan və Xorvatiya matçlarının yeri açıqlandı

AVRO-2024: Ermənistan və Xorvatiya matçlarının yeri açıqlandı

Futbol üzrə A Milli Komandasının 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunda gələn ilin martında Ermənistan və Xorvatiyanın iştirak edəcəyi matçların yerləri müəyyənləşib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, türk komandası AVRO-2024-ün seçmə mərhələsinin ilk oyununda martın 25-i şənbə günü paytaxt İrəvanda Ermənistanla qarşılaşacaq. Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Millilər D qrupunun ikinci matçında isə 28 mart çərşənbə axşamı Xorvatiyanı Bursada qəbul edəcək. Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək qarşılaşmanın başlama saatı 22:45 olaraq müəyyənləşib.