Beyni kompüterlə birləşdirən neyroçip - Maskın şirkətində ŞOK hadisə

Beyni kompüterlə birləşdirən neyroçip - Maskın şirkətində ŞOK hadisə

ABŞ səlahiyyətliləri İlon Maskın tibbi cihaz istehsalçısı olan "Neuralink" şirkətində heyvan hüquqlarının mümkün pozulması ilə bağlı araşdırmaya başlayıb.

Bizimxeber.az bildirir ki, "Reuters" bu barədə sənədlərə və mənbələrə istinadən yazır.

İki mənbəyə görə, araşdırmanı Baş Prokurorun tələbi ilə USDA-nın Baş Müfəttişlər İdarəsi aparır. Araşdırma tədqiqatçıların heyvanlarla necə davrandığını tənzimləyən qanun pozuntularına yönəlib.

Reuters-in məlumatına görə, "Neuralink" əməkdaşları heyvanlar üzərində aparılan sınaqlardan narazı qalıblar - xüsusilə, onlar uğursuz eksperimentlərə səbəb olan Maskın təzyiqindən şikayətləniblər.

İşçilərin sözlərinə görə, uğursuz sınaqlar təkrarlanmalı olub, bu da eksperimental və öldürülmüş heyvanların sayını artırıb.

Mask və digər Neuralink rəhbərləri şərh tələblərinə cavab vermədilər. USDA-nın Baş Müfəttişlər İdarəsinin sözçüsü şərh verməkdən imtina etdi.

Reuters və mənbələrin məlumatına görə, Neuralink-in təcrübələri nəticəsində ümumilikdə 1500-ə yaxın heyvan, o cümlədən 280-dən çox qoyun, donuz və meymun tələf olub. Lakin nəşrin həmsöhbətləri şirkət dəqiq uçot aparmadığından bu rəqəmi təxmini kimi qiymətləndiriblər.

Neuralink 2016-cı ildə yaradılıb. O, beyni kompüterlə birləşdirən neyroçiplər hazırlayır. Texnologiyanın nevroloji xəstəlikləri olan insanlara kömək edəcəyi güman edilir.