Litva Macarıstanın hərəkətini "əxlaqsızlıq" adlandırıb 

Litva Macarıstanın hərəkətini "əxlaqsızlıq" adlandırıb 

Litvanın maliyyə naziri Gintare Skayste bildirib ki, Vilnüs Budapeştin Aİ-nin Ukraynanın bərpası üçün kollektiv maliyyə yardımına qoşulmaqdan imtinasını əxlaqsızlıq hesab edir.

TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müəyyən dərəcədə Macarıstanın Ukraynaya yardıma mane olması və bunu başqa səviyyəli məsələlərlə əlaqələndirməsi əxlaqsızlıqdır”,-deyə Skayste bildirib.

Xatırladaq ki, bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynaya ikitərəfli razılaşmalar əsasında, lakin Ümumavropa kreditinə qarşı yardım göstərməyə hazır olduğunu bildirmişdi. Daha sonra Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto bildirmişdi ki, bu ölkə Aİ-nin 2023-cü ildə Ukraynaya 18 milyard avroluq həmrəylik krediti verilməsi təşəbbüsündə iştirak etməyəcək, lakin bu ölkənin bərpasına kömək etmək niyyətindədir.

Sevinc Tapdıqqızı
Cebhe. info