Yaponiya sahillərində yük gəmisi batmaqdadır

Yaponiya sahillərində yük gəmisi batmaqdadır

Honq-Konqda qeydiyyatdan keçmiş yük gəmisi Yaponiyanın Naqasaki prefekturasındakı Dandzo adaları sahillərində batmaq təhlükəsi ilə üzləşib.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı Yaponiya Sahil Mühafizəsinə istinadən bildirib.

Gəminin göyərtəsində 22 nəfər - Çin və Myanma vətəndaşları var. Onlar yanvarın 24-ü axşam saatlarında fəlakət siqnalı veriblər. Ekipajın dediyinə görə, gəmi batmaqdadır.

Hadisə yerinə Sahil Mühafizəsinin patrul katerləri göndərilib. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaxınlıqda olan tankerin ekipajı da könüllü olaraq köməyə gəlib.