Putin Zelenski ilə neçə ildir danışmır?

Putin Zelenski ilə neçə ildir danışmır?

Rusiya Prezidenti Vladimir Putin son bir neçə ildə Ukraynadan olan həmkarı Volodimir Zelenski ilə əlaqə saxlamayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu “RİA Novosti”yə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd olunur ki, onların sonuncu görüşü 2019-cu ildə Parisdə Normandiya formatı sammitində baş tutub. Daha sonra Putin və Zelenski, Fransa lideri Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel arasında ikitərəfli görüşlər olub.

Agentlik Kremlin saytına istinadən onu da qeyd edir ki, Rusiya Prezidenti 2020-ci ilin fevral və iyul aylarında Zelenskiyə bir neçə dəfə zəng edib. Bundan sonra heç bir əlaqə barədə məlumat verilməyib.