ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı iddia qaldırıb

ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı iddia qaldırıb

ABŞ Ədliyyə Nazirliyi "Google" korporasiyasını onlayn reklam bazarında lider mövqeyi ilə bağlı məhkəməyə verib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında bildirilib.

"Bu gün Ədliyyə Nazirliyi Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu York, Rod-Aylend, Tennessi və Virciniya Baş Prokurorları ilə birlikdə "Google"a qarşı rəqəmsal reklam məhsullarının inhisarlaşdırılması hallarına görə mülki antiinhisar iddiası qaldırıb", - deyə qeyd olunub.

Bildirilib ki, "Google" 15 ildir ki, qeyri-qanuni rəqabət əleyhinə mübarizə üsullarından istifadə edib ki, bu da reklamın qiymətinin artmasına və ölkə miqyasında kütləvi informasiya vasitələrinə ziyan vurmasına səbəb olub.