Nədir siz İran yanlısınız?

Nədir siz İran yanlısınız?

Yazıçı-publisist Yunus Oğuz bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı fikir bildirib.
Olaylar.az xəbər verir ki, yazıçı bu barədə öz Facebook hesabında paylaşım edib.
"Bu gün İranda Azərbaycan dövlətinin suveren ərazisinə qəsd edilib, şəhidimiz var. Ancaq bəzi şou tv-lər heç nə olmayıbmış kimi pullarını qazanmaqda davam edirlər. Nədir, siz İran yanlısınız? Azərbaycanda heç nə baş verməyib?" - deyə, o, qeyd edib.