Navalnı 11-ci dəfə cəza təcridxanasına salınıb və onun üçün yeni işgəncə düşünülüb...

Navalnı 11-ci dəfə cəza təcridxanasına salınıb və onun üçün yeni işgəncə düşünülüb...

"Belə işıqda sutkada 16 saat olmaq adamı dəli edər, hətta kitab oxumaq çox çətindir, əllərinlə gözlərini qapatmaq istəyirsən..."

Rusiya hakimiyyətinin ciddi rejimli koloniyasında həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı 11-ci dəfə cəza təcridxanasına salınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Ötən çərşənbə axşamı ona "özünü formaya uyğun təqdim etmədiyinə görə" 8 sutka verilib.

Bundan öncə müxalifətçi kamera tipli otaqda saxlanılıb, orada onu İctimai Müşahidə Komissiyasının nümayəndələri ziyarət edib.

Komisssiyanın hesabatında onlardan biri, Aleksey Melnikov qeyd edib ki, o məqamda "Alekseyin sağlamlıq vəziyyəti normal olub, onun özü də bunu təsdiq edib", beli narahat edib, amma dərmanları olub.

"Kamerada hərarət rejiminə riayət edilir, lakin, zənnimcə, orada işıqlanma kufayət etmir. Gəzintiyə çıxarırlar, məktublar çatdırılır", - Melnikov məlumat verib.

İctimai Müşahidə Komissiyanın hesabatından sonra Navalnının kamerasında lampalar dəyişdirilib.

"İctimai Müşahidə Komissiyasının əziz üzvləri Aleksey Melnikov və Georgi Volkov, çox sağ olun, uşaqlar, çox kömək etdiniz", - müxalifətçi buna sarkazmla münasibət bildirib.

Navalnı məlumat verib ki, onun "2×3 metrlik cəza təcridxanası kamerasında üç böyük lampadan ibarət böyük işıqlandırma yaradılıb.

"Belə işıqda sutkada 16 saat oturmaq adamı dəli edər, hətta kitab oxumaq ağırdır, əllərinlə gözlərini qapatmaq istəyirsən.

Mən administrasiyadan üç lampadan heç olmasa birini götürməyi tələb edirəm, amma əhəmiyyət verən yoxdur.

Görünür, sizin onları işıqlandırmanı dəyişməyə məcbur etdiyinizə görə qisas alırlar. Yəni siz məcbur etmisiniz, üç aydan sonra isə mən kor olacağam", - o, qeyd edib və Melnikov və Volkovdan əvvəlki vəziyyətə dönməyi xahiş edib.