“Siz cinayətkarı TV-lərə müsahibə vermək üçünmü saxlamısız?” – Deputatdan İrana sərt sözlər!

“Siz cinayətkarı TV-lərə müsahibə vermək üçünmü saxlamısız?” – Deputatdan İrana sərt sözlər!

"Mən bir şeyi anlamıram ki, İranın hüquq-mühafizə orqanları cinayətkarı dindirmək, cəzalandırmaq üçünmü saxlayıblar, yoxsa TV-lərə müsahibə vermək üçünmü? Bu nə biabırçılıqdır? Ortada o boyda terror əməli var, təcili istintaq hərəkətləri aparılmalı, şəbəkəyə aid bütün qrup üzvləri ortalığa çıxarılmalı, cinayətin əsas motivi aşkar edilməlidir. Amma İran dövləti neyləyir? İran dövləti cinayətkarı buraxıb TV kanalların hüzuruna. Bol-bol müsahibələr verdirir. Sonra da deyirlər ki, məsələ ilə məşğuluq. Heç nəylə məşğul-filan deyilsiz. Sizin köhnə adətinizdi, şoumenlik, artistlik, riyakarlıq! Bax ona görə israrla və əminliklə söyləyirik ki, məlum terrorun məsuliyyəti İran dövlətinin və hökümətinin üzərindədir. Çıxın ortalığa, cavab verin. Terrorun və terrorçunun arxasında gizlənməyin!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İran tərəfdən bizlərə ancaq ziyan gəlib. Hər zaman və hər mənada! Daim anlamışıq ki, onlara güvənmək olmaz, daim fərqində olmuşuq ki, bu xain qonşunun siyasəti yalnız pislik, qara niyyətlər üzərində qurulub. Amma və amma! Bu dəfə əndazə aşıldı, bu dəfə bütün qırmızı xətlər keçildi, bu dəfə bütün körpülər yandı.

Bir daha qeyd etmək istəyirəm: Cavabdeh İrandır. Məsuliyyət bu dövlətin üzərindədir. Və həmin cavabdehlikdən, məsuliyyətdən qaçış yoxdur. İmkan verməyəcəyik, mövzudan yayınmağa. Məlum cinayətin icraçıları və təşkilatçıları nəyin bahasına olursa olsun qanun və ədalət mühakiməsi qarşısında cavab verəcəklər, layiqli cəzalarını alacaqlar.” – deyə Partiya sədri fikirlərinə davam edib. <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_230127_215549_564.sdocx -->