Azərbaycanın fiqurlu konkisürənləri finala yüksəliblər

Azərbaycanın fiqurlu konkisürənləri finala yüksəliblər

Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brıkalov Finlandiyanın Espoo şəhərində keçirilən Avropa çempionatında finala yüksəliblər.

Moderator.Az-ın məlumatına görə, buz üstündə rəqs üzrə qüvvəsini sınayan cütlük təsnfat mərhələsində hakimlərdən 51,55 xal alıb.

Yekunda 19-cu pilləni tutan idmançılar həlledici mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, qitə çempionatına yanvarın 29-da yekun vurulacaq.