Türkiyə prezidentliyinə sabiq namizəd, hazırda Memleket Partiyasının lideri olan Muharrem İnce yeni ittifaq yaradılmasının anonsunu verib.
Mia.az xəbər verir ki, Ankarada jurnalistlərlə görüşən Mühərrem İnce mayın 14-də keçiriləcək prezident seçkilərinə 4 partiyanın vahid namizədlə qatılacağını bəyan edib: "Biz Demokratik Sol Partiyası, Zəfər Partiyası, Ədalət Partiyası və Doğru Partiyası ilə görüşür, müzakirə aparırırq. Yeni ittifaq yaradılacaq. Biz eyni zamanda, "6-lı Masa"ya da təklif edirik ki, gəlin, 26 nəfərlik bir masa quraq, seçici siyahısını araşdıraq, seçki qutularına birgə nəzaərt mexanizmi tətbiq edək. Bu mövzuda əməkdaşlığa hazırıqq edək".
Keçmiş CHP-çi olan İnce onu da deyib ki, KAmal Kılıçdaroğlu prezidentliyə namizəd olmalıdır: "Mən heç vaxt siyasi partiyanın liderinin namizəd olmaması fikrini dəstəkləməmişəm. Kamal bəy 2018-ci ildə prezidentliyə namizəd olanda, sədrlik kürsüsünü mənə verməli idi. İndi də hesab edirəm ki, CHP-nin lideri kimi Kamal bəy namizəd olmalıdır".
Samir,