Ağ Ev öz silahlarının Əfqanıstandan Rusiyaya göndərilməsi ilə bağlı məlumatı şərh edib…
Vaşinqton Əfqanıstanda qalan ABŞ silahlarının Rusiyaya verilməsi ilə bağlı məlumatı təsdiq edə bilməyib.
PİA.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib. Con Kirbi brifinq zamanı Talibanın Rusiyaya silah verməsi ilə bağlı jurnalistlərin sualına cavab verə bilməyib.
“Talibanın ruslara silah və təchizat göndərməyi düşündüyü və ya düşünəcəyi barədə xəbərləri təsdiq edə bilmərəm”, deyə Kirbi bildirib.
O, həmçinin əlavə edib ki, belə bir addım Taliban tərəfindən yaradılmış müvəqqəti hökumətin tanınmasına kömək etməyəcək. Eyni zamanda Taliban digər müttəfiqlərin dəstəyini də itirə bilər.
