Yanvarın 30-da Avropa İttifaqı İranın pilotsuz uçuş aparatları (PUA) istehsal edən dövlət korporasiyası – “Aircraft Manufacturing Industries Corporation”-nı (HESA) sanksiyalar siyahısına əlavə edib. Editor.az bildirir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Aİ izah edib ki, şirkətin istehsal etdiyi pilotsuz təyyarələr Rusiya Federasiyası tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunur. Buna görə də HESA Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə maddi dəstək vermək üçün məsuliyyət daşıyır, – mesajda deyilir.