Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Rusiyanın İran İslam Respublikasına ən son silah növlərinin verdiyini deyib...
PİA.az xarici mətbuata əsasən xəbər verir ki, İsrail hökumətinin başçısı Benyamin Netanyahu ilə danışıqlar prosesi ilə bağlı mətbuat konfransı çərçivəsində ABŞ-ın Dövlət Katibi rəsmi Tehranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları müqabilində Moskvanın İrana müasir silahlar verdiyini deyib.
Eyni zamanda İranın nüvə silahı əldə etməsinin təhlükəsindən danışan Dövlət Katibi buna qarşı əməkdaşlıq təklif edib:
“Hesab edirik ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz. Bunu üçün bütün tərəflər əməkdaşlıq etməlidir”, deyə Blinken vurğulayıb.
Dövlət Katibi İsarilin Baş naziri Binyamin Netanyahu ilə danışıqlarının əsas mövularından birinin olduğuna da işarə edib:
“Biz İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və əngəlləmək üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, deyə Vaşinqton rəsmisi qeyd edib.
Blinken bir daha qeyd edib ki, Rusiya Silahlı Qüvvələrini Ukraynanın mülki infrastukturlarının vurulmasında istifadə etdiyi PUA-larla təchiz edən İran tərəfidir.
