Fövqəladə Hallar Nazirliyi Sabirabad rayonunun Qalağayın kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Saatlı-Sabirabad magistralında qeydə alınıb.
Yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
