Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
Xeberoxu.Az-ın xəbərinə görə, bu barədə TV5 kanalı xəbər verib.
Televiziya 150 nəfərin yaralandığını bildirir. Hazırda xəstəxanalarda 60 nəfər müalicə alır.
***
22.07
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.
APA-nın xəbərinə görə,bu barədə “Dawn” qəzeti xəbər verib.
Nəşr 157 nəfərin yaralandığını bildirir. Şəhər xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.
***
19.17
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 44-ə çatıb.
APA GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində 157 nəfər xəsarət alıb.
***
16:32
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 32-yə çatıb.
APA GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində azı 147 nəfər xəsarət alıb.
Ölü sayının artacağı istisna olunmur.
***
14:36
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 28-ə çatıb.
APA bu barədə GEO TV-yə istinadən xəbər verir.
Partlayışda yaralananların sayının isə 150-yə çatdığı əlavə olunub.
***
14:15
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 25-yə çatıb.
Xeberoxu.Az bu barədə GEO TV-yə istinadən xəbər verir.
Yaralı sayının isə 120-yə çatdığı əlavə olunub.
***
13:37
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı baş verib.
APA GEO TV-yə istinadən xəbər verir ki, bombanın partladılması nəticəsində azı 17 nəfər ölüb.
Terror aktı zaman 90 nəfər yaralanıb.