Keçmiş səfirdən təklif – Ukraynaya F-16-lar Rusiyaya hücum etməmək şərti ilə verilsin…

Keçmiş səfirdən təklif – Ukraynaya F-16-lar Rusiyaya hücum etməmək şərti ilə verilsin…

ABŞ-ın keçmiş səfiri Makfol: Zelenski Rusiyaya zərbələr endirmək üçün qırıcılardan istifadə etməyəcəyinə dair ABŞ-la saziş imzalaya bilər…

PİA.az xəbər verir ki, “Foreign Affairs” jurnalına yazdığı məqaləsində ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol yazıb ki, Kiyevə F-16 qırıcı təyyarələrinin verilməsi müqabilində Ukrayna Silahlı Qüvvələrini bu təyyarələrdən Rusiya ərazisinə hücumlar üçün istifadə etməməyi öhdəsinə götürən saziş imzalaya bilər. Diplomatın fikrincə, ukraynalı pilotlar sovet qırıcılarından Amerika təyyarələrinə keçməlidirlər. Bunun üçün onlara da təlim keçmək lazımdır.

“Bu silahların (F-16.) alınması müqabilində Zelenski Rusiyada hədəflərə zərbə vurmaq üçün onlardan istifadə etməmək üçün qanuni qüvvəyə malik müqavilə imzalaya bilər”, deyə Makfol məqləsində yazıb.

Qeyd edək ki, Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Varşava F-16 qırıcılarını yalnız NATO ilə razılaşma əsasında Ukraynaya verəcək.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı F-16 qırıcıları ilə təchiz etmək imkanını istisna etmir. Onun sözlərinə görə, bu məsələ Kiyevə hərbi yardımla bağlı müzakirələrin gündəmində qalır.