Dünya şöhrətli müğənni Madonnanın həyatından bəhs edəcək filmin çəkilişinin nəyə görə təxirə düşməsinin səbəbləri məlum olub.
Ölkə.az lent.az-a istinadən xəbər verir ki, “Universal Pictures” şirkəti sərt ssenariyə görə filmi istehsaldan geri çəkib.
"Madonna daha cəsarətli, daha qaranlıq, daha kobud bir şey istəyir, buna görə də hər şey dayandı" - deyən şirkətin məsul şəxsi Madonnanın dünya turu bitdikdən sonra layihə üzərində yenidən işləyəcəyini söyləyib.
Məlumatlara görə, müğənni bioqrafik filmin hazırlanması üçün bununla məşğul olacaq kinostudiya axtarışındadır.