Floridada atışma nəticəsində 9 nəfər yaralanıb

Floridada atışma nəticəsində 9 nəfər yaralanıb

ABŞ-ın Florida ştatının Leyklend şəhərində atışma baş verib.

Trend xəbər verir ki, bu barədə şəhər administrasiyasından məlumat verilib.

Məlumata əsasən, atışma nəticəsində 9 nəfər yaralanıb.

"Leyklend Polis Departamenti bir neçə nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı araşdırma aparır. 9 nəfərin yaralandığı, onlardan ikisinin ağır yaralandığı məlumdur", - deyə açıqlamada bildirilir.

Hadisənin səbəbi barədə məlumat verilmir.