"Liverpul" ulduz futbolçusu Məhəmməd Salah klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Xəbərə görə, misirli futbolçu karyerasını La Liqada davam etdirmək istəyir.
Misirli hücumçunun yayda Liverpuldan ayrılacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı forvard 2017-ci ildən "mersisaydlılar"ın şərəfini qoruyur. 201 oyunda meydana çıxan Salah 126 qola imza atıb.