Fransada pensiya yaşının 64-ə qaldırılmasına etiraz edənlərdən 500-ü polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pensiya yaşının qaldırılmasına etiraz əlaməti olaraq martın 16-dan Fransanın müxtəlif şəhərlərində nümayişlər keçirilir.
Nümayişlər zamanı etirazçılarla polis arasında gərgin anlar yaşanıb.
Cümə axşamından bəri saxlanılanların sayı 500-ü ötüb.
Nümayişçilərdən 283-ü sərbəst buraxılsa da, 9-u prokuror qarşısına çıxarılıb.