Almaniyanın ədliyyə naziri Marko Buşman Rusiya prezidenti Vladimir Putinin Almaniyaya səfər edəcəyi təqdirdə onu həbs edəcəyinə söz verib.
Buşman Putinin ayağı Almaniya ərazisinə dəyərsə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun həbs edilməsi ilə bağlı tələblərinə əməl edəcəyini deyib.
Onun sözlərinə görə, Berlin məhkəmə qərarına tabe olmağa borcludur.
Bildirilir ki, Almaniya ICC üzvü olan dövlətlər siyahısına daxildir və axtarışda olan şəxsləri həbs edib Haaqaya təhvil verməlidir .