ABŞ-ın Krımda Şimali Atlantika Alyansının hərbi bazasını yerləşdirmək planları var. Bu barədə “Moskva danışır” verilişinin efirində Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov məlumat verib.
Senator NATO-nun Sovet İttifaqının dağılmasından dərhal sonra Rusiya sərhədlərinə doğru irəliləməyə başladığına diqqət çəkib.
© Sputnik / Михаил ВоскресенскийFederasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey PuşkovFederasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey Puşkov© Sputnik / Михаил Воскресенский
“Belə çıxır ki, bütün Avropa artıq NATO tərəfindən ələ keçirilib və indi növbədə Ukrayna və Gürcüstandır. Onlar Krımda bizimlə qarşılaşdılar”, - Puşkov vurğulayıb.
Puşkov həmçinin 2015-ci ildə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışmış Co Baydenin “Krım ABŞ ordusunu yerləşdirmək üçün əla yerdir” sitatını xatırladıb.